Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa - playstation” oyun zalı aşkar edilib.

Gunaydin.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “Alfa Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub. (Trend.az)

Bakıda gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkarlandı, 21 nəfər cərimələndi (FOTO/VİDEO) - Gallery Image

Baxış sayı: 844
Paylaş: