Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə IVqrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş"Məktəbdə səmərəli psixoloji xidmət" layihəsinin məqsədi məktəblərdə psixoloqların rolunun artırılması, tədris prosesində aktiv fəaliyyətə cəlb olunması, şagirdlərin və valideynlərin təsəvvüründə düzgün psixoloq obrazının yaradılması, məktəb psixoloqlarının tədris prosesində iştirakı üçün təşviq olunması, hər bir məktəblinin psixi inkişafını və şəxsiyyətinin düzgün formalaşmasını təmin edəcək psixoloji xidmətin effektivliyinin artırılmasıdır.

Layihəyə cəlb olunacaq məktəb psixoloqlarına düzgün psixoloji xidmətin təşkili və aparılması, psixodiaqnostika, psixoprofilaktika və psixoloji maarifləndirmə işinin düzgün təşkili; uşaqlara qarşı baş verən zorakılıq hallarının aşkarlanması və bu istiqamətdə yardımın təşkili və s. mövzularda təlimlərin keçirilməsi planlaşdırılır.

Təlimlərə Bakı, Abşeron və digər rayonlardan ümumilikdə 100 nəfər iştirakçının cəlb olunması nəzərdə tutulur. Təlimlər 25 nəfərlik qruplar şəkilində onlayn formatda keçiriləcək. Hər qrup 5 gün interaktiv təlimdə iştirak edəcək. Təlimlər peşəkar psixoloq vəsosial işçi tərəfindən keçiriləcək.

Layihə müddətində çap olunması nəzərdə tutulan bukletlər və kitabçalar həm layihəyə cəlb olunan rayonların məktəblərində, həm də digər cəbhəyanı rayonların ümumi təhsil müəssisələrində paylanılacaq.

 

Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.

 

Qeydiyyat linki:https://cutt.ly/8lXJjCk

 

Baxış sayı: 466
Paylaş: