Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Biz birlikdə gaüclüyük!” layihəsinin məqsədi cəbhəyanı ərazilərdə yaşayan və hərbi münaqişələrdən zərər çəkən şagirdlərdə stressin aradan qaldırılması ilə yanaşı, onların şəxsi sağlamlığı və təhsil göstəricilərinin yüksəlməsinə dəstək olmaqdan ibarətdir. Həmçinin, uşaqlarla birbaşa ünsiyyətdə olan müəllim və psixoloqların uşaqlarda narahatlıq və qorxunun aşkarlanması, onlara ilkin dəstəyin göstərməsi üçün onların səriştələrinin artırılmasıdır. 

Layihə çərçivəsində Ağdam, Füzuli və Tərtər rayonlarının hər birindən olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən psixoloq və müəllimlər arasından ümumilikdə 75 nəfərin iştirakı nəzərdə tutulmuşdur. 

Layihə çərçivəsində peşəkar təlimçi-psixoloq tərəfindən 5 gün onlayn formatda təlim keçiriləcək. Təlimlərdə aktiv iştirak edən iştirakçılar sertifikatla təltif olunacaq. 

Layihə müddətində çap olunması nəzərdə tutulan bukletlər və kitabçalar həm layihəyə cəlb olunan rayonların məktəblərində, həm də digər cəbhəyanı rayonların ümumi təhsil müəssisələrində paylanılacaq.

 

Qeydiyyat linki:https://cutt.ly/mlXH9u2

 

Baxış sayı: 457
Paylaş: