Bu münasibətilə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam Qidalanma mütəxəssisi, Məhsəti Hüseynovanın təşkilatçılığı ilə, Gənclərin Töhfəsi İctimai Birliyi və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi bugün Azərbaycanda “DÜNYA PİYLƏNMƏ ilə mübarizə GÜNÜ” adlı online Forum keçirildi.

Eyni zamanda Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova Forumun keçirilməsində məqsəd iki qardaş ölkənin bu sahədə ixtisaslı həkim və peşəkarlarını bir araya gətirərək bugün dünyanı cənginə alan piylənmə kimi qlobal problemin Azərbaycanda və Türkiyədə də geniş vüsət alması və bununla mübarizədə maariflənmənin böyük rolunun olduğunu bildirdi.

Məhsəti Hüseynova “Sağlamlıq insana bir dəfə verilən böyük nemətdir. Gəlin sağlamlığımızın qayğısına elə sağlam olarkən qalaq” deyərək forumun açılışını etdi.

Daha sonra Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev hər zaman gənclərin sağlam qidalanma və düzgün həyat tərzinin təbliği yolunda fəaliyyətindən danışdı.

Forumda fəxri qonaq qismində yer alan Qida texnoloqu, Türkiyə Şef Aşçılar Derneğinin Azərbaycandakı Nümayəndəsi Ağa Salamov iştirakçılara piylənməyə səbəb olan qidalardan, qidaların düzgün saxlanılma və bişirilmə qaydaları haqqında vacib məlumatlar verdi.

Forumda Türkiyeden Spiker Beslenme Uzmanı Betül Ceylan “Sağlıklı Beslenmede Enerji İhtiyacı ve Enerji Hesaplamaları nasıl olmalı?

Obezitenin nedenleri” mövzusunda,

Spiker Həkim-Dietoloq Leyla Zülfüqarlı “Sağlam Qidalanma nədir? Piylənmə ilə necə mübarizə aparaq?” mövzusunda

Spiker Psixoloq, Humel Psixologiya Mərkəzinin rəhbəri Taryel Faziloğlu “Qidalanmanın psixologiyaya təsirləri” mövzusunda çıxış etdilər.

Piylənmə ilə mübarizə aparmaq üçün maarifləndirmə Forumu iştirakçıların böyük marağına səbəb oldu və müzakirəli şəkildə bütün suallar cavablandırıldı. 3 saat davam edən tədbirdə iştirakçılar bu mövzuda tədbirlərin davamlı olması fikirlərini də səsləndirdilər.

 

Baxış sayı: 1231
Paylaş: