Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib. Günaydın.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Baxış sayı: 412
Paylaş: