ABŞ-da son sutka ərzində aşkar edilən koronavirusa yoluxma hallarının sayı 80 716 vahid artıb. Günaydın.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb. Eyni zamanda təsdiqlənmiş xəstəliyi olan daha 1 265 pasiyent ölüb. Bununla da ABŞ-da pandemiyanın başlanğıcından bəri aşkarlanan COVID-19 hallarının ümumi sayı 30 160 658-ə çatıb. 548 089 nəfər isə pandemiyanın qurbanı olub.
Baxış sayı: 556
Paylaş: