Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşıb.

Gunaydin.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə Ramil Şeydayev 16-cı dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. Lakin ikinci hissə zəif başa çatıb və rəqib komandanın iki qolu ilə nəticələnib: Hassan Al Haydos, 55-pen (1:1), 58 (2:1).

Bu, millinin 2021-ci ildəki ilk yoldaşlıq görüşü olub.

Xatırladaq ki, Azərbaycan millimiz seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib. 

Qeyd edək ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda növbəti matçını martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya yığmasına qarşı keçirəcək.

 

Baxış sayı: 601
Paylaş: