Lənkəran şəhərində intihar hadisəsi baş verib.

Günaydın.az-ın  məlumatına görə, hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib.

Belə ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin öldüyü məlum olub. İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.

Əldə etdiyimiz məlumata əsasən M.Hüseynzadə yetiklink yaşına çatmasa da bir müddət əvvəl ona elçi gəlib və ailə üzvləri onların izdivacına razılaşmayıblar.

Bundan sonra qızda psixoloji narahatçılıqlar yaranıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Baxış sayı: 520
Paylaş: