Ermənistanda atışma olub.

Günaydın.az “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə Kotaysk əyalətində qeydə alınıb.

Tsaxkadzor şəhərində bir neçə nəfər arasında yaranan mübahisə silahlı insidentlə nəticələnib. Hadisə yerinə gələn polis əməkdaşları "Royal" kazinosunun avtodayanacağında ziyan vurulmuş “Hyundai Elantra” markalı avtomobili aşkarlayıblar. Ərazidə ov tüfənginin patronu aşkarlanıb. Atışma zamanı xəsarət alanların olub-olmaması açıqlanmır.

Qeyd edilir ki, polislər Ermənistan şəhərlərindən birinin merini hadisədə iştirak etmiş şübhəli kimi axtarırlar.

Fakt üzrə materiallar toplanılır.

Baxış sayı: 502
Paylaş: