Xəzər Tv-də yayımlanan "İmtahan" serialından tanıdığımız Muradın - maraqlı, yaddaqalan obrazları ilə tamaşaçıların sevgisini qazanan istedadlı aktyor Hikmət Rəhimovun doğum günüdür.

Təbrik edir, yaradıcılıq uğurları arzulayırıq!

Hikmət Vaqif oğlu Rəhimov 5 aprel 1986-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakültəsində təhsil alıb (2004-2008). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (2009-2018) və Yuğ Teatrında çalışıb.
Hikmət Rəhimov “Üçüncü günün adamı” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyası ilə 5-ci Antalya Beynəlxalq Film Festivalının qalibi olmudur.
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
Baxış sayı: 475
Paylaş: