Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan SSR Əməkdar müəllimi Oqtay Rəcəbovun doğum günüdür.
 
Təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
 
 
Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb.  Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan ETPEİ-də kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
 
Onun müxtəlif mövzularda qələmə aldığı 400-dən çox əsər Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə mühüm rol oynamışdır. O.Rəcəbov bir bəstəkar kimi yaradıcılığa başladığı ilk vaxtlardan irihəcmli vokal və instrumental əsərləri qələmə almağa da xüsusi diqqət yetirmişdir. 
 
Oqtay Rəcəbov Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professorudur. O, 4 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 6 simfoniyanın, 3 musiqili komediyanın, müxtəlif janrlı vokal-instrumental əsərlərin, 17 filmin musiqi müəllifidir. O həm də Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
 
Onun bilavasitə rəhbərliyi və müəllifliyi ilə 1996-2010 illərdə ümumtəhsil və musiqi məktəbləri üçün 16 adda “Musiqi”, “Musiqi ədəbiyyatı” dərsliyi, “Fortepianoda çalmaq üçün müntəxəbat”, “Elementar musiqi nəzəriyyəsi” tədris vəsaitləri nəşr olunmuşdur. 
 
Oqtay Rəcəbovun təşəbbüsü ilə yaradılan və 1978-92 illərdə Azərbaycan televiziyası ilə yayımlanan “Məktəblilərin musiqi klubu” estetik tərbiyə üzrə bir sıra nəzəri-təcrübi məsələlərin həllinə əhəmiyyətli təsir göstərmişdir. 
 
Oqtay Rəcəbli 500-dək  mahnının müəllifidir. Onun uşaq mahnıları 6 məcmuədə çap olunub. Uşaq mahnıları , əsasən bu mövzuları əhatə edib: Vətənpərvərlik mahnıları ; flora və faunaya aid təbiət mahnıları; rəqəmlərə həsr olunmuş mahnılar; vurma cədvəlinə həsr olunmuş mahnılar; valideynlərə həsr olunmuş mahnılar.
 
Oqtay Rəcəbov 1987-ci ildə "Azərbaycanın Əməkdar müəllimi" fəxri adına, 2006-cı ildə  Tərəqqi" medalına, 17 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
 
Oqtay müəllimi bir daha təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 466
Paylaş: