ABŞ Prezidenti Co Bayden 1915-ci il qondarma "erməni soyqırımı" iddiaları ilə bağı rəsmi açıqlama yayıb.
 
Günaydın.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, açıqlamasında hadisəni "soyqırım" adlanıdırıb.
 
Bayden bu ifadəni ittiham etmək üçün deyil, "bir daha belə hadisələrin yaşanmaması" üçün ifadə etdiyini bəyan edib.
 
Baydenin bəyanatına Türkiyədən sərt reaksiyalar gəlib.
 
Çavuşoğlu deyib ki, Bayden populist çıxış edib: "Sözçüklər tarixi dəyişdriməz, yenidən yazmaz. Tariximiz haqqında heç kimdən dərs alan deyilik. Siyasi fürsətçilik sülhə və ədalətə ən böyük xəyanətdir. Yeganə dayağı populizm olan bu açıqlamanı tamamilə rədd edirik”.
 
Fəxrəddin Altun da Baydenin açıqlaması ilə bağlı sərt mesaj verib. O, bu iddianı qətiyyətlə rədd etdiklərini bildirib.
 
Prezidentin sözçüsü İbrahim Kalın Baydenin açıqlaması ilə bağlı Türkiyə Prezident Administrasiyasının bəyanatını yayıb.
 
Bəyanatda Baydenin radikal erməni lobbisinin təzyiqi ilə belə bir ifadəni işlətdiyi bildirilib və Ankaranın bu cür əsassız iddiaları rədd etdiyi vurğulanıb:
 
"ABŞ prezidenti Cozef Bayden 1915-ci il hadisələri ilə bağlı "soyqırım" sözünü istifadə edərək, Türkiyəyə qarşı çox böyük səhvə yol verdi. Erməni diasporunun iddialarını təsdiqləmək əvəzinə, C.Bayden bu hadisələrin araşdırılmasına çağırmalı idi. ABŞ bunun Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olduğunu anlamalıdır və Baydenin açıqlamaları cavabsız qalmayacaq.
 
Baydenin açıqlamalarına baxmayaraq, bir daha Türkiyədə ermənilərə qarşı soyqırımı olmadığını və Baydenin açıqlamalarının heç bir qanuni əsası olmadığını bəyan edirik".
Baxış sayı: 286
Paylaş: