Azərbaycanın daha bir yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
 
Günaydın.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edib.
 
Süleymanov medal uğrunda ukraynalı Dmitri Pışkovla üz-üzə gələcək. Medal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, Sənan Süleymanov 2020-ci ildə İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında qızıl medal qazanıb.
 
Baxış sayı: 277
Paylaş: