Gününüz aydın olsun.

-Təşəkkür sizin də.

Cavanşir Hadıyev kimdir?

-Azərbaycan Respublikasının vətəndaşı,vətənpərvər bir insan.

Kinoya gəlişiniz haqqında bilmək istəyərdik.

-Mən Moskva Dövlət Kinematoqrafiya İnstitutunun dramatik teatr,kino,video,televiziya və radio aktyorluğunu bitirmişəm.Filmlərdə çəkilmək uşaqlıq arzum idi,lakin düşünmürdüm ki,bu haçansa reallaşa bilər.Bu bir şansdır,çünki,orta məktəbi bitirdiyim il təsadüfən,komunist qəzetində Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya  İnstitutuna seçim elanı çıxmışdı.Bu xəbəri bizə atamın bibisi qızı vermişdi.Mənim isə o zaman planım idman sahəsində təhsil almaq idi.Təbii ki,mən sənədlərimi verdim,Moskvada təhsil aldım və beləliklə kino aləminə də qədəm basmış oldum.

Siz daha çox hansı janrda xarakter yaratmağı sevirsiz?

-Drama,melodrama çox sevirəm.Təbii ki,komediya da çox gözəl janrdı.Amma mən hesab eləmirəm ki ,bu janrda nəsə bacarığım var.Bəlkə də özümdə bir o qədər inam yoxdur.

Hansısa teatrda sizin səhnə fəaliyyətiniz olub?

-Bəli,gənc yaşımda Rus Dram Teatrında kiçik rollar oynamışam.

Cavanşir müəllim sizin film qadağanız olsaydı,səhnə fəaliyyətiniz geniş olardı?

-Əlbəttə ki,mən səhnəni sevirəm.Aktyor üçün səhnə çox önəmlidir.Sadəcə olaraq mənim filmdə kamera qarşısında işləmək fürsətim çox oldu,daha çox təcrübə toplaya bildim.Elə buna görə də filmdə rahatam və hesab edirəm ki,fürsətim olsaydı səhnədə də yaradıcı işlər görərdim.

Yaradıcılığınızdan çəkiliş zamanı zövq alırsız yoxsa,hansısa epizodu izlədiyinizdə?

-Yaradıcılığımdan  çəkiliş zamanı zövq alıram.Çəkildiyim serialları ümumiyyətlə izləmirəm.Təsadüfi hallarda qarşıma çıxıb izləmişəm.Filmi izləyəndə isə zövq ala bilərəm.

Sizcə Azərbaycan kinosunda nə yarım qalıb,tamamlanmayıb?

-Hal-hazırda hər şey yarım qalıb,tamamlanan nə var ki…(Susur).

Bəs fikrinizcə hansı illərdə film gözəl səviyyədə idi və həmən filmlərimiz indi də maraqla izlənilir?

-1990-cı ilin əvvəllərinə kimi olan filmlərimiz maraqlı və yadda qalandır.

Sənətdə madii gəlir ,yoxsa sevgi dolu yaradıcılıq?

İkisi də olmalıdır,amma tərəziyə qoyanda sevgi dolu yaradıcılıq üstünlük təşkil edir.Məsələn;mənə təklif olunur ki,yaxşı bir ssenari var və onun rejissoru istedadlı,ssenaristi isə dərin yaradıcılığı olan insandır,üstəlik də operatoru yaxşı adamdır.Tərəf müqabilimlə də tam uyğunuq,lakin maddi gəliri yoxdu.Təbii ki,sənətə sevgi madii gəliri burada üstələyəcək.

Cavanşir Hadıyev qəlbinin dərinliyində,ruhunda yaradıcılıq baxımından nəyi gizli saxlayıb?Sirr deyilsə…

-Elə bir obraz olub ki,onu həqiqətən çox arzulamışam.Dünya klassikasından Paris Notr-Dam  kilsəsi əsərindən Kvazimoda obrazını oynamaq üçün ürəyim gedir.Bilirəm ki,bu əsərin filmi çəkilsə Kvazimodanı çox gözəl canlandıra bilərəm.Lakin bu qismət olmayacaq və arzu olaraq qalacaq.

Siz bu yaxınlarda  52 yaşınızı qeyd etdiniz.Sizi Günaydın.az saytı olaraq təbrik edirik.Maraqlıdır bu yaşdan  hansı yenilikləri planlaşdırırsınız?

-Hal-hazırda kinoya aid bir neçə yeniliyimiz var.Çəkilişlər üçün eskizlər hazırlamışıq.Bir neçə çəkiliş pavilyonları tikdirib,onları tədricən böyüdəcəyik və film üçün geyimlər hazırlayacayıq.Çəkilişlərimə gəldikdə hansısa münasib ,yaxşı rol olsa  məmnuniyyətlə çəkilərəm.Düzünü desəm artıq seriallardan  bezmişəm.Elə bayağı ssenari,rollar var ki,aktyor orada sadəcə itirir.

Əsl sənət adamı necə olmalıdır?

-Sənət adamları səmimi olmalıdır.Amma əksəriyyəti səmimi deyil,mən bunu dəqiq bilirəm.Sənət adamı şəxsiyyət olmalıdır.Əgər o dedi-qoduyla məşquldursa,ucuz məşhurluq qazanırsa onun sənətdə yeri yoxdur.Tutaq ki,aktyor gəlib kinoya ya səhnəyə sadəcə özünü göstərmək,bəyəndirmək üçün o sənət adamı ola bilməz.Aktyora mənfi ya da çirkin bir obraz verilir,lakin o bundan qorxur,çəkinir və imtina edir.Sənətinin içində olan insan hər vəziyyətə uyğunlaşmalıdır.

Cavanşir müəllim, həmsöhbət olduğunuz üçün sizə sonsuz təşəkkür edirəm.

-Mənə də xoş oldu.Təşəkkürlər

Hazırladı

Rzayeva Səbriyyə

 

 

Baxış sayı: 322
Paylaş: