Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Günaydın.az -ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub. O, 2007-ci ildən Lerik Rayon İcra Hakimiyyətinin başçısı idi.

Baxış sayı: 241
Paylaş: