Azərbaycanın tanınmış bəstəkarı, cazmen, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, Azərbaycanın Əməkdar İncəsənət xadimi Cəmil Əmirovun doğum günüdür.
 
Bəstəkarın 64 yaşı tamam olur
Təbrik edir, can sağlığı, yeni-yeni  yaradıcılıq uğurları arzulayırıq!
 
 
Cəmil Əmirov Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun oğludur.
 
Cəmil Fikrət oğlu Əmirov 3 may 1957-ci ildə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun ailəsində anadan olub. 1965-1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb.1975–1980-cı illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsində Cövdət Hacıyevın siniini bitirib.Daha sonra 1980-1982-ci illərdə aspirantura təhsili alıb.
 
Cəmil Əmirov əmək fəaliyyətinə Azərbaycan Dövlət Kamera Orkestrində  (1978-1983) başlamışdır. 
 
Sonralar fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin “Qobustan” estrada – folklor ansamblının rəhbəri (1983-1985), Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985-1989), Azərbaycan Dövlət “Muğam” teatrının musiqi rəhbəri (1989 -1990), Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991), Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti, “Qaya” Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991 -1992), Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992), R.Babayevin rəhbərlik etdiyi “Cəngi” ansamblı (1992 -1995),nın rəhbıri olmuşdur.
 
2009-cü ildən bu günə qədər Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisidir.  
 
 
Cəmil Əmirovun yaradıcılığı çoxşaxəlidir. O,  müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyaları bəstələyib.
Cəmil Əmirovun Gənclər və tələbələrin Ümümdünya festivalı (Moskva,1985), Beynəlxalq caz festivalı (Tiflis, 1986), “Gaudemus” Beynəlxalq musiqi həftəsi (Bolqarıstan-1988 , Hollandiya- 1989), Etno musiqisinin Ümümdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993)ndakı konsert proqramı böyük maraqla qarşılanmışdır. 
 
Bununla yanaşı o həm də "Gülüm” layihəsinin iştirakçısı, “SAVAB” ansamblının musiqi rəhbəri (Bakı, 2002), Etnomusiqinin Ümümdünya festivalında “SAVAB” ansamblının musiqi rəhbəri (İstanbul, 2005) olmuşdur.
 
Cəmil Əmirov bir çox sənədli və animassiya filmlərinin, tamaşaların,  müxtəlif tərkibli ansambllar üçün instrumental musiqi və mahnıların müəllifi olmuşdur.
Cəmil Əmirovun fəaliyyəti yetərincə dəyərləndirilmişdir. O, "Əməkdar İncəsənət Xadimi" (16.09.2006), "Xalq Artisti" (27.05.2018) fəxri adlarına, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 
 
O, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
 
Görkəmli bəstəkarlarımız F.Əmirov və C.Hacıyevin həyat və yaradıcılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda Cəmil Əmirovun müxtəlif səpkili məqalələri dərc olunmuşfur.
Bundan əlavə o, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “F.Əmirov - Ömrün səhifələri” və əsərlərindən ibarət antalogiyanın müəllifidir.
 
Cəmil müəllimi ad günü münasibətilə bir daha təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
 
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Baxış sayı: 358
Paylaş: