Hazırda dünyada qlobal problemlərdən biri də iqlim dəyişiklikləridir. Ölkəmizin kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm və sahilyanı zonaları iqlim dəyişikliyinə həssasdır.
Lakin “yaşıl enerji”dən istifadə iqlim dəyişikliyini azaltmağa müsbət təsir göstərir.
“Yaşıl enerji” bərpa olunan enerji mənbələrindən əldə olunur. Bu mənbələr təbii şəkildə yenilənir və fosil yanacaqlardan fərqli olaraq, karbon dioksid və digər zəhərli qazların emissiyasını minimuma endirir.
“Yaşıl enerji” istifadə edildikdə, atmosferdəki qeyri-təbii karbon dioksid səviyyəsi azalır, bu da iqlim dəyişikliyinin sürətini ləngidə bilər. Eyni zamanda, bu enerji növləri təbii sərvətləri qoruyur və ekosistemlərin davamlılığını dəstəkləyir
Bununla yanaşı, “yaşıl enerji” texnologiyalarının inkişafı, enerji istehsalında müxtəlifliyi artıraraq, enerji təhlükəsizliyini yaxşılaşdırır, iqtisadiyyat üçün yeni iş imkanları yaradır, yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır.
“Yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdən biridir.
Beləliklə, “yaşıl enerji”dən istifadə iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.