Bakı. Günaydın:
Braziliya Futbol Konfederasiyası hələ də Karlo Ançelotti ilə əməkdaşlıq etmək niyyətindən vaz keçməyib.
Trend-in məlumatına görə, yerli mətbuat italiyalı mütəxəssislə yenidən əlaqə saxlanıldığını yazıb.
<!—-> <!––>
Konfederasiya rəhbərliyi Ançelottiyə 2026-cı il dünya çempionatının sonuna qədər Braziliya yığmasını çalışdırmağı təklif edib və qərar verməsi üçün ona may ayına qədər vaxt verib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı da Ançelottiyə maraq göstərir və ona 20 milyon avro maaş təklif etməyə hazırdır.