Bakı. Günaydın:
Əfqanıstanın şimal-şərqində yerləşən Qunduz əyalətində terror aktı törədilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Kabil bankının yerli filalı yaxınlığında baş verən partlayışda azı 5 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Məlumata əsasən, həlak olanlar arasında bankın mühafizə xidmətinin əməkdaşı, mülkilər və “Taliban” hərəkatının üzvləri yer alır.
<!—-> <!––>
“İntiharçı-terrorçu üzərində olan kustar üsulla hazırlanmış partlayıcı qurğunu işə salıb və özünü partladıb”, – deyə Qunduz əyalətinin polis rəsmisi Cüməddin Xaksar bildirib.
Partlayışa görə hələ heç bir terrorçu qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.