Bakı. Günaydın:
Ermənistan çətin ki, Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
<!—-> <!––>
“Məncə bu mümkün deyil. Biz, əlbəttə ki, hər bir konkret təklifi müzakirə edirik, lakin keçmiş təcrübələr çoxlu pis xatirələr saxlayıb, hələ də cavabı olmayan bir çox sualımız var”, – o müvafiq suala cavabında bildirib.