Bakı. Günaydın:
İniltərənin Vuler şəhərində Skots Park adlandırılan ərazidə yerləşən uşaq meydançasında aparılan təmir işləri zaman II Dünya Müharibəsinə aid 170-dən çox təlim bombası aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
<!—-> <!––>
Məlumata görə, Britaniyanın Müdafiə Nazirliyi ərazidə tam-miqyaslı araşdırmanın aparılmasına göstəriş verib. Tikintiyə cəlb olunmuş podratçı şirkətlər təkcə iki gün ərzində 155 bomba üzə çıxarıblar. Qazıntı sahəsinin genişləndirilməsindən sonra digər partlayıcılar üzə çıxıb.
Şəhər administrasiyasından bildiriblər ki, aşkarlanan sursat “təlim bombaları” olsalar da, onların içində müəyyən miqdarda barıt var. Aşkarlanan sursatlar təhlükəsizlik məqsədilə yalnız peşəkar mütəxəsislər tərəfindən zərərsizləşdirilə bilər.