Cənubi Koreyanın The Elec nəşri, Samsung Display-in yeni OLED panellərinin istehsalına başlamaq planları barədə məlumat əldə edib. Mənbəyə görə, istehsalı planlaşdırılan yeni OLED panellərin əsas sifarişçisi Apple şirkətidir. Bu da MacBook modellərinin OLED ekranlara keçəcəyi barədə illərdir yayılan şayiələri təsdiqləyir. Daha əvvəl məşhur analitik Ming-Chi Kuo, OLED ekranlı MacBook Pro-nun 2025-ci ildə təqdim olunacağını bildirmişdi.
Lakin Ross Young adlı məşhur insayder, Apple-ın bu noutbuku 2026-cı ildə bazara çıxarmağı planlaşdırdığını iddia etmişdi. Daha sonra Ming-Chi Kuo öz proqnozlarını yenidən nəzərdən keçirərək, OLED ekranlı MacBook-un 2026-cı ildə təqdim ediləcəyini bildirdi. The Elec-in hesabatına görə, OLED ekranlı MacBook Pro həqiqətən də gələn il satışa çıxa bilər.

Hesabatda bildirilib ki, Samsung Display cari ilin birinci yarısında “A6” kod adı ilə tanınan yeni səkkizinci nəsil OLED ekran istehsal xəttinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu istehsal xəttində 2026-cı ildə təqdim olunması gözlənilən MacBook Pro modelləri üçün OLED panellər istehsal ediləcək. Proqnozlara görə, Samsung hər il Apple üçün 3-5 milyon ədəd OLED panel tədarük edəcək. OLED ekranlara keçidlə birlikdə, MacBook Pro tamamilə yeni dizayna sahib olacaq:
– Daha incə və yüngül gövdə
– Ön kamera üçün ənənəvi çıxıntı yerinə ekranın alt hissəsinə yerləşdiriləcək kiçik dəlik.
Bununla yanaşı, OLED ekranlı MacBook Air modellərinin istehsalının ən azı 2029-cu ilə qədər təxirə salındığı bildirilib.
Mənbə: Wccftech