Bakı. Günaydın:
Ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal
edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
<!—->
<!––>
Məlumata görə, qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə
müqayisədə 97 kiloqram və ya 3,5% azdır. Belə ki, 2023-cü ildə
Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram
olub.
Bəhs olunan dövrdə Azərbaycanda 3 min 184 ton miqdarında gümüş
istehsal edilib ki, bu da, illik müqayisədə 521 kiloqram, yaxud da
14% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunan gümüşün
miqdarı 3 min 705 kiloqram olub.