Xiaomi-nin POCO brendi dekabr ayının ortasında POCO M7 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə POCO brendi onun adi versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, POCO M7 5G-dən gedir. Məlum olub ki, POCO M7 5G smartfonu Google Play Console-da ortaya çıxıb. Nəticədə Smartfonun ön panel dizaynı və bəzi texniki imkanları məlum olub. Beləliklə ortaya çıxmış fotoya əsasən POCO M7 5G smartfonu yastı ekranı əldə edəcək və ekran üzərində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək.

Texniki imkanlara gəldikdə isə smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışmalı və 4 GB RAM-ı əldə etməlidir. Smartfonun ekran ölçüsü qeyd edilməsə də məlumdur ki, o, 1640×720 piksel keyfiyyətində olacaq. Bununla yanaşı Google Play Console-da qeyd edilmiş məlumata inansaq, POCO M7 5G smartfonu qutudan Android 14 vasitəsilə çalışacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
Mənbə: Gadgets360