Bakı. Günaydın:
“Qobu” modul tipli Elektrik Stansiyasından bu ilin fevralın 1-dək 6,3 mlrd. kVt·st elektri kenerjisi istehsal edilib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən bildirilib.
Bildirilib ki, stansiya ümumi gücü 385 MVt olmaqla, hər biri 18,32 MVt gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.
<!—-> <!––>
Qeyd edək ki, 2022-ci ilin 11 fevral tarixində Abşeron rayonu Qobu qəsəbəsində “Qobu” modul tipli Elektrik Stansiyasının açılışı olub.
Xatırladaq ki, Azərbaycanda 2024-cü il ərzində 26,7 milyard kilovatt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 8,7% azdır. Ümumilikdə isə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сü ildə 1321,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.