OPPO şirkəti yeni flaqman smartfonu Find X8 Mini-nin təqdimatına hazırlaşır. Bu cihazın mart ayında Find X8 Ultra modeli ilə birlikdə təqdim ediləcəyi gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Find X8 Mini smartfonu 1216×2640 piksel keyfiyyətli 6.3 düym ölçülü yastı LTPO OLED ekranla təchiz ediləcək. Ekran ətrafı çərçivələr isə incə olacaqlar. Məlumata əsasən, smartfonun arxa panelində 50 MP-lik periskop telekamera yerləşəcək. Bundan əlavə, Find X8 Mini aşağıdakı xüsusiyyətlərlə əldə edəcək.
– Ekrana inteqrasiya edilmiş optik barmaq izi skanı
– Naqilsiz şarj texnologiyasının dəstəyi
– Üçpilləli yeni fiziki düymə (bu düymə bildirişlər üçün sürüşdürmə mexanizmini əvəz edəcək).
Yeni düymə əvvəlki sürüşdürmə mexanizminə oxşar üç mərhələdən ibarət olacaq, lakin yuxarı-aşağı hərəkət etmək əvəzinə, kliklənərək idarə ediləcək. Əvvəllər yayılmış məlumatlara görə, Oppo Find X8 Mini smartfonu MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Smartfonun rəsmi təqdimatının bir neçə həftə ərzində baş tutacağı gözlənilir.
Mənbə: Digital Chat Station