Bakı. Günaydın:
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar hökuməti yanında Etika Məsələləri Üzrə İdarənin rəhbəri Devid Uitemi tutduğu vəzifədən azad edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
<!—-> <!––>
Məlumata görə, Uitem vəzifədən azad edilməsi ilə bağlı bildirişi elektron poçt vasitəsilə əldə etdiyini və prezidentin nədən belə bir qərar verdiyindən xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-də Etika Məsələləri üzrə İdarənin rəhbərləri beş il müddətinə təyinat alırlar.