Bloomberg saytının məşhur və nüfuzlu insayderi Mark Gurman sonuncu həftəlik Power On xəbərlər xülasəsində Apple-ın orta büdcəli iPhone SE 2025 smartfonunu 12 fevralda təqdim edəcəyini bildirmişdi. Bu gün həmin tarixdir, lakin cihazın təqdimatını gözləməyə dəyməz.
Mark Gurman-ın əldə etmiş olduğu məlumata görə, Apple son anda planlarını dəyişib və iPhone SE 2025-in təqdimatını gələn həftəyə kimi təxirə salıb. İnsayder vurğulayıb ki, cihazın təqdimatı qaçılmazdır və tezliklə baş tutacaq. Eyni zamanda, M4 prosessoru ilə təchiz olunmuş yeni MacBook Air modeli də yaxın həftələrdə satışa çıxacaq.

Son məlumat sızıntılarına əsasən iPhone SE 2025 smartfonu iPhone 14-ə bənzər şəkildə Face ID sensorları üçün çıxıntıya sahib 6.1 düym ölçülü Super Retina XDR OLED ekranla təchiz olunacaq. Smartfonun Apple A18 prosessoru vasitəsilə çalışacağı, 8 GB RAM-ı əldə edəcəyi və Apple şirkətinin fərdi 5G modeminə sahib olacağı gözlənilir. Bununla yanaşı yeni iPhone SE 48 MP-lik arxa kameranı əldə etməlidir.
Mənbə: Mark Gurman