Bakı. Günaydın:
2024-cü ilin yanvar-sentyabr aylarında fiziki şəxslərdən Azərbaycandan Özbəkistana pul köçürmələrinin həcmi 3,881 milyon ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsaslanan hesablamalardan qeyd olunub.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,52 faiz və ya 1,214 milyon dollar artıb.
<!—-> <!––>
Köçürmələrin ümumi həcmində Özbəkistana köçürmələrin payı bir faiz təşkil edir.
2023-cü ilin sonuna fiziki şəxslərdən Azərbaycandan Özbəkistana pul köçürmələrinin həcmi 3,662 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin sonunda fiziki şəxslərdən Azərbaycana xarici ölkələrdən pul köçürmələrinin həcmi 1,654 milyard ABŞ dolları təşkil edib.