Bakı. Günaydın:
Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.
Trend xəbər verir ki, MSK-nın bu gün keçirilən icasında çıxışçılar şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat veriblər.
MSK-nın katibi Arifə Muxtarova bildirib ki, 115 saylı Şəki kənd seçki dairəsindən Kiçik Dəhnə bələdiyyəsi üzvlüyünə namizədin müraciəti əsassız olduğundan təmin edilməyib.
MSK-nın və Ekspert qrupunun üzvü Ramiz İbrahimovun sözlərinə görə, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Zaqatala bələdiyyəsi üzvlüyünə namizədin müraciəti əsassız olduğundan təmin edilməyib.
<!—-> <!––>
MSK-nın və Ekspert qrupunun üzvü Fuad Cavadov deyib ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən Şıxmahmud bələdiyyəsi üzvlüyünə namizədin müraciəti qanunvericiliklə müəyyənləşdirilən şikayətvermə müddəti keçdiyindən müraciət ərizəçiyə geri qaytarılıb.
MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucov bildirib ki, 80 saylı Lerik-Astara Vizəzəmin bələdiyyəsi üzvlüyünə namizədin müraciəti qanunvericiliklə müəyyənləşdirilən şikayətvermə müddəti keçdiyindən müraciət ərizəçiyə geri qaytarılıb.
MSK-nın və Ekspert qrupunun üzvü Nailə Əsgərova qeyd edib ki, 58 saylı Xaçmaz kənd dairə seçki komissiyasının Xudat bələdiyyəsinə namizədin müraciəti qanunvericiliklə müəyyənləşdirilən şikayətvermə müddəti keçdiyindən müraciət ərizəçiyə geri qaytarılıb.
MSK-nın və Ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərov vurğulayıb ki, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ dairə seçki komissiyasının Müşviqabad bələdiyyəsinə namizədin müraciəti əsassız olduğundan təmin edilməyib.