Bakı. Günaydın:
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə
10.02.2025-ci il tarixində saat 15:00 radələrində Suraxanı rayonu,
Hövsan qəsəbəsi 270 nömrəli məktəbdən çağırış daxil olub.
Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü
şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu
Tibb Mərkəzinə təxliyə olunub”, – məlumatda deyilir.
xxx
18:12
<!—->
<!––>
Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Ə.Atakişiyev 270 saylı məktəbdə texniki işçi kimi
çalışan G.Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib. Qadın
xəstəxanaya yerləşdirilib.
Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin
əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində
hadisəni törətməkdə şübhəli bilinən Ə.Atakişiyev saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.