Bakı. Günaydın:
Mirzəağa Əliyev küçəsində piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yeni səki tikilib. Eni 1,5 metr olan səkinin uzunluğu 360 metr təşkil edir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
<!—-> <!––>
Bildirilir ki, əvvəllər bu küçədə səki olmadığından piyadalar məcbur olub avtomobil yolundan və ya velosiped zolağından istifadə edirdilər. Yeni səki müasir standartlara uyğun tikilib. Layihənin məqsədi şəhərin yol infrastrukturunu daha təhlükəsiz və vətəndaşlar üçün əlverişli etməkdir.