Bakı. Günaydın:
“Beşiktaş” futbol klubu ekvadorlu vinger Keni Arroyonu transfer edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
<!—-> <!––>
Tibbi müayinədən uğurla keçən futbolçu ilə rəsmi müqavilə imzalanıb.
Keni ilə imzalanan müqavilənin müddəti 4,5 il olaraq müəyyən edilib. Solaxay futbolçu “qara qartallar”da “10” nömrəli forma ilə çıxış edəcək.