HMD Global şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, HMD Aura 2-dən gedir. Bu yeni smartfon xarici görünüşcə şirkətin son zamanlarda təqdim etmiş olduğu digər smartfonlara bənzəyir. HMD Aura 2 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.52 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 460 nit təşkil edir.

Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. HMD Aura 2, Unisoc SC9863A prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 13 MP-lik əsas arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir.

Batareyaya gəldikdə isə smartfon 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Qeyd etmək lazımdır ki, HMD Aura 2-nin əməliyyat sistemi qismində Android 14 Go çıxış edir. Smartfon artıq Çində satışa çıxıb və onun qiyməti 106$ təşkil edir. HMD Aura 2-nin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena