Bakı. Günaydın:
“Fənərbaxça” qış transfer pəncərəsində heyətinə qatdığı Oqnen Mimoviçi mövsümün ikinci yarısı üçün icarəyə göndərib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, İstanbul klubu serbiyalı sağ cinah müdafiəçisini “Zenit”ə icarəyə verib.
<!—-> <!––>
Yerli mətbuatın məlumatına görə, artıq klublar arasında razılıq əldə olunub və 20 yaşlı futbolçu mövsümün qalan hissəsini Sankt-Peterburq təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, “Fənərbaxça” Oqnen Mimoviçi “Srvena Zvezda”dan transfer edib və onunla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. Gənc futbolçu eyni zamanda Serbiya U-21 millisinin üzvüdür.