Bakı. Günaydın:
İngiltərənin FA kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, günün ilk qarşılaşmasında “Vulverhempton” səfərdə “Blekbörn”-ü 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
<!—-> <!––>
“Championship” liqasının autsayderi olan “Plimut” isə “Liverpul”-u 1:0 hesabı ilə məğlub edərək böyük sensasiya yaradıb.
Günün son qarşılaşmasında isə “Aston Villa” “Tottenhem”-i 2:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.