Samsung keçən ilin avqust ayında Galaxy A06 4G smartfonunu təqdim etmişdi. İndi isə şirkət Galaxy A06 5G üzərində çalışır. İnsayderlər hazırlanan Galaxy A06 5G-nin texniki imkanlarını açıqlayıblar. Beləliklə onların vermiş olduqları məlumata əsasən Galaxy A06 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunacaq.
Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Üstəlik smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışacaq və 4/6 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edəcək.

Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə onun 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Smartfon qutudan Android 15-i əldə edəcək və 4 illik Android dəstəyi ilə 4 illik təhlükəsizlik dəstəyinə sahib olacaq.
Mənbə: Gadgets360