Bakı. Günaydın:
Kanar adalarına aid “Binter” hava yolları şirkətinin sərnişin təyyarəsi Las-Palmas- Qran-Kanariya (İspaniya) hava reysi ilə uçarkən qəzalı vəziyyətə düşüb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ATR72 sərnişin layneri eniş etməyə hazırlaşan zaman ekipaj “Mayday” həyəcan siqnalı göndərib.
<!—-> <!––>
Pilotlar mühərriklərdən birinin sıradan çıxdığını dispetçer qülləsinə bildiriblər. Nasazlığın meydana gəlməsinə baxmayaraq, pilotlar təyyarəni təhlükəsiz şəkildə təyinat aeroportunda endirməyə nail olublar.
Xəsarət alanlar barədə məlumat yoxdur.