Bakı. Günaydın:
“Kapital Bank” bu ilin yekunlarına əsasən xalis mənfəətini 240–250 milyon manat həcmində proqnozlaşdırır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Emin Məmmədov bankın cari ilin yekunlarına və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında bildirib.
<!—-> <!––>
“İlin sonuna aktivlərin həcminin 10 ayın nəticələrinə uyğun olaraq 10,1 milyard manat səviyyəsində qalacağı proqnozlaşdırılır. Kredit portfeli 5,4 milyard manat təşkil edib və ilin sonuna 5,5–5,6 milyard manata çatacağı gözlənilir.
2024-cü ilin 10 ayı ərzində 169 milyon 606 min manat (Beynəlxalq Maliyyə Hesabatı Standartları (BHMS) üzrə isə 206 milyon 729 min manat) xalis mənfəət əldə etmişik. 2024-cü ilin sonunda “Kapital Bank”ın xalis mənfətinin 180-190 milyon manat (BHMS üzrə isə 240 – 250 milyon manat) civarında olacağı gözlənilir”, – deyə E. Məmmədov qeyd edib.