Bakı. Günaydın:
Pakistan hökuməti Liviyanın Zaviyə şəhərinin şimal-qərbindəki Marsa Dela limanı yaxınlığında gəminin batması nəticəsində 16 nəfər Pakistan vətəndaşının öldüyünü təsdiqləyib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, ümumilikdə qayıqda 65 nəfər olub. Ehtimal edilir ki, onlardan 63-ü pakistanlı olub.
<!—-> <!––>
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, 37 nəfər pakistanlı sağ çıxarılıb, daha 10 nəfərin isə axtarışları davam edir.
Hadisə ilə bağlı araşdırma aparılır