Bakı. Günaydın:
Ötən gün Bakıda 270 saylı məktəbdə keçmiş əri tərəfindən bıçaqlanan qadının vəziyyəti stabil qiymətləndirilir.
Bunu Trend-in sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Səkinə Yusibli bildirib.
“10.02.2025-ci il tarixində saat 16:00 radələrində 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Boynun arxa hissəsinin kəsilmiş açıq yarası diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
<!—-> <!––>
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – o bildirib.
Xatırladaq ki, ötən gün Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ə.Atakişiyev 270 saylı məktəbdə texniki işçi kimi çalışan G.Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib.
Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Atakişiyev saxlanılıb.