Təqdimata hazırlaşan orta büdcəli Samsung Galaxy A56 smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Evan Blass adlı məşhur insayder sözügedən smartfonun render fotosunu təqdim edib. Təqdim edilmiş fotoda Galaxy A56 arxa, ön və kənar hissələrdən əks olunub. Beləliklə render fotoya əsasən Galaxy A56 smartfonu yastı gövdə dizaynını əldə edəcək və müvafiq olaraq yastı ekrana sahib olacaq. Smartfonun arxa panelinin yuxarı sol hissəsində oval formalı kamera sahəsi yerləşəcək.

Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. LED işıqlandırma kamera sahəsində kənarda sağda yerləşəcək. İnsayderin sözlərinə əsasən Galaxy A56 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400×1080 piksel keyfiyyətli 6.6 düym ölçülü Super AMOLED ekranla təchiz olunacaq. Ekran üstəlik Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunacaq. Məlumatda qeyd edilib ki, smartfon Exynos 1580 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM-ı birləşdirəcək.
Kameralar mövzusunda Galaxy A56 50 MP + 12 MP + 5 MP üçlü arxa kameraya və 12 MP-lik ön kameraya sahib olmalıdır. Batareyaya gəldikdə isə smartfonun 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Bununla yanaşı Galaxy A56-nın gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyini özündə birləşdirməlidir. Smartfon artıq gələn ay təqdim oluna bilər.
Mənbə: GSMarena