Bakı. Günaydın:
Rumıniya çempionatının ikinci divizionunda mübarizə aparan “Mioveni” futbol klubu 74 xaldan məhrum edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu qərar Rumıniya Futbol Federasiyası tərəfindən qəbul edilib və klubun keçmiş futbolçu və məşqçilərə olan borcları səbəbindən tətbiq olunub.
<!—-> <!––>
Bu nəticəyə əsasən, hal-hazırda 8 xal toplamış və sonuncu sırada yer alan komandanın aktivində mənfi 66 xal mövcuddur. İndiyədək qalan bütün matçlarda qalib gəlsə də, mövsümün sonunda “Mioveni”nin aşağı liqaya düşəcəyi artıq dəqiqdir.
“Mioveni” futbol klubu 2000-ci ildə yaradılıb və 2007/08 mövsümündə ilk dəfə Rumıniya çempionatının yüksək divizionunda iştirak edib, lakin turnirdəki yerini qorumağı bacarmayıb. Komanda daha sonra 2011/12, 2021/22 və 2022/23 mövsümlərində də Rumıniya çempionatının elit divizionunda mübarizə aparıb. Ötən mövsüm isə “Mioveni” ikinci divizionu beşinci sırada başa vurub.