Bakı. Günaydın:
İtaliya A Seriyasının 24-cü turunda “Napoli” və “Udineze” arasında keçirilən matç 1:1 hesabı ilə başa çatıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, oyunun ilk qolunu 37-ci dəqiqədə “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey vurub. Lakin “Udineze”nin cavab qolu 40-cı dəqiqədə yarımmüdafiəçi Yurgen Ekkelenkampdan gəlib.
<!—-> <!––>
A Seriyasının turnir cədvəlində 24 oyundan sonra 55 xalı olan “Napoli” liderdir. “Udineze” isə 30 xalla 10-cu yerdə qərarlaşıb.