Bakı. Günaydın:
Rusiya Prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün başçısı Əhməd əş-Şəraa ilə telefon danışığı aparıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
<!—-> <!––>
Telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyət, daxili dialoq məsələləri, humanitar yardım və vəziyyətin normallaşdırılması yollarını müzakirə ediblər. Söhbət zamanı həmçinin Rusiya nümayəndələrinin Dəməşqdə apardığı son danışıqlar fonunda ticarət-iqtisadi və təhsil əməkdaşlığı məsələlərinə də toxunulub.
Putin və Əhməd əş-Şəraa iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.