Bakı. Günaydın:
Türkiyənin “Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Lans” komandasından polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini icarəyə götürüb.
<!—-> <!––>
30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.
Təcrübəli futbolçu “Qalatasaray”la sözləşmə imzalamaq üçün İstanbula gəlir.