Bakı. Günaydın:
ABŞ dövlət katibi Marko Rubio fevralın 13-18-də Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus məlumat yayıb.
<!—-> <!––>
Rubio səfəri çərçivəsində Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək və G7 ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşəcək.
Fevralın 15-18-də o, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-də rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərin əsas mövzuları HƏMAS-ın girov saxladığı şəxslərin azad edilməsi, Qəzzada atəşkəsə dair razılaşmalar və İranın regiondakı sabitliyi pozan addımlarına qarşı mübarizə olacaq.