Bakı. Günaydın:
Yaponiyanın Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri fevralın 24-dən 27-dək raket və hava hücumundan müdafiə üzrə birgə təlimlər keçirəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Yaponiyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
<!—-> <!––>
“Təlimlərin məqsədi regionda sülh və sabitliyə fəal töhfə vermək üçün Yaponiya və ABŞ arasında etibarlı raketdən müdafiə şəbəkəsinin yaradılması üçün taktiki bacarıqları təkmilləşdirmək, əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır”, – məlumatda deyilir.
Qeyd olunur ki, Yaponiyada baş tutacaq təlimlər, həmçinin ballistik raket zərbələrinə qarşı imitasiya və birgə hava hücumundan müdafiə əməliyyatlarını əhatə edəcək.