Bakı. Günaydın:
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “E/A-18G Growler” hərbi təyyarəsi San-Dieqo sahillərində qəzaya uğrayıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə AP News məlumat yayıb.
<!—-> <!––>
Məlumata görə, təyyarədə olan hər iki pilot sağ qalıb və San-Dieqo Yanğın və Xilasetmə İdarəsinin məlumatına əsasən, onlar yerli xəstəxanaya yerləşdiriliblər.
Qəzanın səbəbləri və digər təfərrüatları hələlik açıqlanmayıb.