Bakı. Günaydın:
Ötən il Azəri-Çıraq-Günəşli (AÇG) yatağının əməliyyat xərcləri 535 milyon ABŞ dolları olub.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
<!—-> <!––>
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 31 milyon ABŞ dolları və ya 6,2% çoxdur. Bununla yanaşı, ötən il AÇG-nin əsaslı xərcləri 1 milyard 293 milyon ABŞ dolları olub ki, bu da, illik müqayisədə 225 milyon ABŞ dolları, yaxud da 14,8% azdır.
Belə ki, 2023-cü ildə AÇG-nin əməliyyat xərcləri 504 milyon ABŞ dolları, əsaslı xərcləri isə 1 milyard 518 milyon ABŞ dolları təşkil edib.